Liviyada təbii fəlakət: ölənlərin sayı 11 minə çatdı

Liviyada təbii fəlakət: ölənlərin sayı 11 minə çatdı
Gündəm 14 Sentyabr 2023 19:45

Liviyanın şimal-şərqində baş verən leysan və daşqınlar nəticəsində ölənlərin sayı 11 minə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyəti məlumat verib.

İtkinlərin düşənlərin sayının isə 20 min olduğu təxmin edilir.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.