Mərakeşdə yenidən zəlzələ baş verdi
Mərakeşdə 4,8 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Mərakeş Geologiya İnstitutu məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2 min 946 nəfər ölüb, 5 min 674 nəfər yaralanıb.