Lukaşenko yenə Rusiyaya getdi

Lukaşenko yenə Rusiyaya getdi
Dünya 14 Sentyabr 2023 12:45

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

Sitat.info xəbər verir ki, bu barədə “Pul Pervoqo” kanalı məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Prezidentlərin görüş zamanı ikitərəfli iqtisadi, siyasi, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsini, eyni zamanda regional və beynəlxalq məsələləri müzakirə edəcəyi qeyd olunub.