Liviyada sel nəticəsində ölənlərin sayı 5 min 300-ə çatıb

Liviyada sel nəticəsində ölənlərin sayı 5 min 300-ə çatıb
Dünya 12 Sentyabr 2023 23:13

Liviyanın şərqindəki Dərnə şəhərində sel nəticəsində ölənlərin sayının 5 min 300-ə yüksəldiyi, minlərlə insanın itkin düşdüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, Liviyanın rəsmi xəbər agentliyi LANA-nın xəbərinə görə, 10 sentyabrda baş verən sel fəlakətində ölənlərin sayının təkcə Dərnə şəhərində 5 min 300-ə yüksəldiyi bildirilib.

Xəbərdə Liviya Daxili İşlər Nazirliyinin rəsmisi Məhəmməd Əbuluşa deyib; "Dərnədə ölənlərin sayı 5 min 300-ü keçdi. Minlərlə insan təbii fəlakət səbəbindən itkin düşüb".

Seymur Bənnayev

Sitat.info