UNICEF: Mərakeşdəki zəlzələdən 100 mindən çox uşaq zərər çəkmiş ola bilər

UNICEF: Mərakeşdəki zəlzələdən 100 mindən çox uşaq zərər çəkmiş ola bilər
Dünya 12 Sentyabr 2023 12:24

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyini təxmin edir.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada Mərakeşdə baş verən zəlzələdə yaralanan və ya ölən uşaqların dəqiq sayının hələlik məlum olmadığı bildirilib.

Açıqlamada zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyi qiymətləndirilərək, 2022-ci il üçün hesablamalara görə bu rəqəmin ölkədə uşaqların üçdə birini təşkil etdiyinə diqqət çəkilib.

Seymur Bənnayev

Sitat.info