Tiflis Rusiyanı təcrid etməlidir – Borrell

Tiflis Rusiyanı təcrid etməlidir – Borrell
Dünya 08 Sentyabr 2023 15:46

 

AB beynəlxalq tərəfdaşlarından, o cümlədən Gürcüstandan Ukrayna münaqişəsinə görə Rusiyanı təcrid etmək üçün səy göstərməsini gözləyir.

Sitat.info xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

“Biz Ukraynanı dəstəkləyirik və lazım olduğu qədər də dəstəkləməyə davam edəcəyik. Beynəlxalq tərəfdaşlarımızın Rusiyanı təcrid etmək səylərini əlaqələndirmələri son dərəcə vacibdir. Ona görə də biz Tiflisin sanksiyalardan yayınma səylərini alqışlayırıq”, - o bildirib.