Ərdoğan: "Türkiyənin təmasları Cənubi Qafqaz regionu üçün də əhəmiyyətlidir"

Ərdoğan: \"Türkiyənin təmasları Cənubi Qafqaz regionu üçün də əhəmiyyətlidir\"
Dünya 31 Mart 2022 20:26

“Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağımızı və bunun səbəblərini dəfələrlə açıqlamışıq”.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bir tərəfdən Rusiyanın hərbi fəaliyyətinə reaksiya göstərir, digər tərəfdən də təmasları davam etdiririk. Bu təmaslar təkcə Ukrayna üçün yox, Suriya, Liviya, Cənubi Qafqaz kimi, bir çox regionlar üçün də əhəmiyyətlidir”, - o bildirib.