İran casusu London həbsxanasından qaçdı

İran casusu London həbsxanasından qaçdı
Dünya 08 Sentyabr 2023 14:00

İrana casusluqda ittiham olunan keçmiş britaniyalı hərbçi Daniel Abid Xəlifə Londonun Uandsvort həbsxanasından qaçıb.

Sitat.info xəbər verir ki, həbsxanada aşpaz kimi çalışan Abid Xəlifənin ərzaq avtomobilinin altında qaçdığı ehtimal olunur.

Hazırda Britaniya hava limanları şübhəlini tapmaq üçün təhlükəsizlik tədbirləri görür.

Britaniyanın terrorla mübarizə üzrə rəhbəri Dominik Merfi 21 yaşlı gəncin ölkənin istənilən yerində azadlıqda ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.