Türkiyə MMN: Taxıl Təşəbbüsünun davam edəcəyinə ümid edirik

Türkiyə MMN: Taxıl Təşəbbüsünun davam edəcəyinə ümid edirik
Dünya 07 Sentyabr 2023 16:20

"Bütün böhranların xoş niyyət və dialoqla həll oluna biləcəyini sübut edən Taxıl Təşəbbüsünün davam edəcəyini ümid edirik".

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Müdafiə Nazirliyinin keçirdiyi həftəlik brifinqdə Rusiya ilə Ukrayna arasında regionun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan proseslərin yaxından izləndiyi bildirilib.

Bəyanatda Türkiyənin fəal və asanlaşdırıcı rol oynamağa və ilk növbədə atəşkəs və ondan sonrakı daimi sülh naminə humanitar böhranların aradan qaldırılması üçün hər cür dəstəyi verməyə hazır olduğu bir daha vurğulanıb.

Seymur Bənnayev

Sitat.info