Rusiya Ukraynada bazarı vurdu: 16 ölü, 31 yaralı - Video

Rusiya Ukraynada bazarı vurdu: 16 ölü, 31 yaralı - Video
Dünya 06 Sentyabr 2023 17:49

Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərindəki mərkəzi bazara raket zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Yerli Teleqram kanallarının məlumatına görə, zərbələr S-300 zenit-raket kompleksləri vasitəsilə həyata keçirilib.

Son məlumata görə, zərbələr nətivcəsində 16 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.