Blinken Ukraynaya 1 milyard dollarlıq yardım aparır

Blinken Ukraynaya 1 milyard dollarlıq yardım aparır
Gündəm 06 Sentyabr 2023 13:18

ABŞ dövlət katibi Blinken Ukrayna prezidenti və Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşlər keçirəcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Entoni Blinken prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüş üçün Kiyevə Polşadan gecə qatarı ilə gəlib.

Xatırladaq ki, bu, Blinkenin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından sonra paytaxta üçüncü səfəridir.

ABŞ dövlət katibinin Ukraynaya 1 milyard dollardan çox maliyyə dəstəyi açıqlayacağı gözlənilir. Blinken Ukraynanın Baxmut şəhəri ətrafındakı ərazilərin azad edilməsində əldə etdiyi irəliləyiş barədə Zelensikdən birbaşa məlumat alacağını gözləyir.

Bildirək ki, Blinkenin Ukraynaya səfəri 2 gün davam edəcək.

Ayna,

sitat.info