Türkiyədə sel: 5 nəfər itkin düşdü

Türkiyədə sel: 5 nəfər itkin düşdü
Dünya 05 Sentyabr 2023 18:11

Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel zamanı 5 nəfər itkin düşüb.

Sitat.info xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Məlumata görə, itkin düşənlərdən biri azyaşlıdır.

Həmçinin, çox sayda evin su altında qaldığı bildirilib.

İtkin düşənlərin axtarışı davam etdirilir.