Tokayev bu naziri işdən çıxardı

Tokayev bu naziri işdən çıxardı
Dünya 02 Sentyabr 2023 11:18

Qazaxıstanın daxili işlər naziri Marat Əhmədjanov vəzifəsindən azad olunub.

Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Yerjan Sadenov yeni daxili işlər naziri təyin edilib.

Qeyd edək ki, o, əvvəllər DİN rəhbərinin müavini vəzifəsində çalışıb.