Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu
Dünya 02 Sentyabr 2023 10:50

Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi xəbər verib.

Bildirilir ki, yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 15 kilometr şərqdə, ocağı isə 140 kilometr dərinlikdə yerləşib.