Yunanıstanda baş verən meşə yanğını Türkiyənin sərhəd kəndlərindən görünür
Yunanıstanda iki həftədir davam edən meşə yanğını Ədirnənin sərhəd kəndlərindən bəzən alov, bəzən də tüstü şəklində görünür.
Sitat.info xəbər verir ki, Yunanıstanın Evros bölgəsində baş verən yanğın 14-cü günündə də davam edir. Komandalar havadan və qurudan yanğına müdaxilə edir.
Türkiyənin sərhəd kəndlərindən yanğın görünür, küləklə birlikdə kül də zaman-zaman kəndlərə çatır.
Ədirnənin sərhəd rayonlarından biri olan Meriçin Kadıdondurma kəndinin sakini Mehmet Dinç yanğının iki həftədir davam etdiyini bildirib.
Yanğının təəssüf doğurduğunu ifadə edən Dinç deyib: "Meşələr və canlılar, hər kəs yanğından təsirlənir. Qonşumuz üçün təəssüflənirik."
Seymur Bənnayev
Sitat.info