Quterreş: Yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ukraynada sülhün yaxın gələcəkdə mümkün görünmədiyinə diqqət çəkib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.
Sentyabr ayının “çoxtərəfli diplomatiya ayı” olacağını bildirən Quterreş Keniyada Afrika İqlim Sammitində, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) - İndoneziyada BMT-nin Sammitində, Hindistanda keçiriləcək G20 Sammitində və Çin-G77 sammitində iştirak edəcəyini bildirib.
BMT Baş Assambleyasının 78-ci iclasının Nyu-Yorkda keçiriləcəyini xatırladan Quterreş Ukraynada sülhlə bağlı böyük bir inkişaf gözləmədiyini bildirib.
"Ümid heç vaxt bitmir, lakin yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür", - Quterreş deyib.
Seymur Bənnayev
Sitat.info