Rusiya iştirak etmədən bu saziş ola bilməz

Rusiya iştirak etmədən bu saziş ola bilməz
Gündəm 30 Avqust 2023 17:32

Rusiyanın iştirakı olmadan taxıl sazişi ola bilməz.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın iştirakı olmadan taxıl sazişinin mümkünlüyü barədə Türkiyə mediasında yayılan məlumatları cavablandırarkən deyib.

“Əgər söhbət Rusiyanın iştirak etdiyi sazişdən gedirsə, o zaman Rusiya Federasiyası olmadan işləyə bilməz. Bu, fiziki cəhətdən mümkün deyil. Söhbət Rusiyanın iştirak etmədiyi digər müqavilələrdən gedirsə, o zaman bu belə də yazılmalıdır”, - M.Zaxarova vurğulayıb.