Krım Ukraynanın hücumuna hazırlaşır
Krım Ukrayna Silahlı Qüvvələrinin mümkün hücumlarına hazırdır.
Sitat.info xəbər verir ki, bunu Rusiyanın ilhaq etdiyi Krımın parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.
“Biz səfərbər olmuşuq. Operativ qərargah demək olar ki, gecə-gündüz işləyir, reaksiya sürətlidir, hər şeyə hazırıq və öz işimizi görürük”, - Konstantinov bildirib.