Güneydə müəllimlər etiraz aksiyalarına başladılar

Güneydə müəllimlər etiraz aksiyalarına başladılar
Gündəm 29 Avqust 2023 18:18

Təbriz, Urmiya və Ərdəbil şəhərlərində təqaüdə çıxmış müəllimlər məişət qayğılarının çoxaldığı, inflyasiyanın yüksəldiyi bir vaxtda təqaüdlərin artırılmamasına etiraz ediblər.

Sitat.info xəbər verir ki, bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.

Onlar "Həbs edilən müəllimlər azad edilsin!" şüarları səsləndirərək etiraz aksiyaları zamanı həbs edilən həmkarlarının sərbəst buraxılmalarını tələb ediblər