Rusiya quru qoşunlarını Belarusdan çıxardı – Nayev

Rusiya quru qoşunlarını Belarusdan çıxardı – Nayev
Dünya 29 Avqust 2023 14:32

Rusiya quru qoşunlarını tamamilə Belarusdan çıxarıb.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.

“Hazırda Rusiyanın quru qoşunları tamamilə Belarusdan çıxarılıb və hissələri Kupyansk-Liman istiqamətində hücum həyata keçirən Rusiyanın birləşmiş qoşun qrupunun ehtiyat hissəsinə göndərilib”, - Nayev bildirib.