Bayden ilə Zelenski arasında telefon danışığı baş tutacaq

Bayden ilə Zelenski arasında telefon danışığı baş tutacaq
Dünya 30 Mart 2022 19:35

ABŞ Prezidenti Cozef Bayden bu gün ukraynalı həmkatrı Volodimir Zelenskiyə zəng edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evə yaxın jurnalistlər ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Prezident Bayden Ukraynaya davam edən dəstəyimizi müzakirə etmək üçün bu gün Şərq Sahili vaxtı (EST) ilə saat 10:45-də Ukrayna Prezidenti Zelenski ilə danışacaq”, - mənbə bildirib.