ABŞ hərbi gəmisini Canubi Kiprə göndərdi

ABŞ hərbi gəmisini Canubi Kiprə göndərdi
Dünya 26 Avqust 2023 17:30

ABŞ “USS Ruzvelt” (USS Roosevelt) hərbi gəmisini Cənubi Kiprin Larnaka limanına göndərib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Planlaşdırılmış ziyarət çərçivəsində Cənubi Kiprə gələn ABŞ gəmisinin burada texniki xidmətlərinin aparılacağı bildirilib.

Qeyd edək ki, gəminin bölgədən nə zaman ayrılacağı isə bəlli deyil.