Krımda Ukrayna bayrağı qaldırıldı

Krımda Ukrayna bayrağı qaldırıldı
Dünya 24 Avqust 2023 15:18

Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayrağı asılıb.

Sitat.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, hazırda yarımadada Ukrayna bayrağı dalğalanır.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.