Hindistanda körpü uçdu: 17 nəfər öldü

Hindistanda körpü uçdu: 17 nəfər öldü
Dünya 23 Avqust 2023 11:48

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.

“İndiyədək 17 nəfərin meyiti tapılıb, itkin düşənlər var”, - polis əməkdaşı bildirib.

İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub.

Hazırda xilasetmə işləri aparılır.