ABŞ hipersəs raketinin sınağını keçirdi

ABŞ hipersəs raketinin sınağını keçirdi
Dünya 22 Avqust 2023 14:00

ABŞ Hərbi Hava Qüvvələri ARRV proqramı çərçivəsində hipersəs raket prototipinin sınağını keçirib.

Sitat.info xəbər verir ki, bu barədə “Defens Nyus” amerikalı hərbçilərə istinadla məlumat yayıb.

Məlumata görə, avqustun 19-da “Boinq B-52H Stratofortress” strateji bombardmançısı Kaliforniyanın cənub sahillərində ARRV proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketinin buraxılışını həyata keçirib.

Sınağın uğurlu olub-olmamağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bu ilin martında da ABŞ AGM-183A hipersəs raketinin sınağını həyata keçirmiş və sınaq uğursuz alınmışdı.