Havayda meşə yanğınları səbəbi ilə 850 nəfərdən xəbər yoxdur

Havayda meşə yanğınları səbəbi ilə 850 nəfərdən xəbər yoxdur
Dünya 21 Avqust 2023 23:05

ABŞ-ın Havay əyalətində avqustun 9-da başlayan və son təsbitlərə görə 114 nəfərin ölümünə səbəb olan yanğınlardan sonra 850 nəfərdən xəbər alına bilmədiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, "CBS News"un məlumatına görə, Maui meri Riçard Bissen sosial media hesabından yanğınlarla bağlı son məlumatları paylaşıb.

Bissen 114 ölümün təsdiqləndiyini və 27 cəsədin şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Yanğınlar səbəbilə 850 nəfərdən xəbər alına bilmədiyini ifadə edən Bissen, yaxınları yanğında itən ailələrin DNT nümunələri vermək üçün Maui və FTB rəsmiləri ilə əlaqə saxlaması lazım olduğunu vurğulayıb.

Seymur Bənnayev

Sitat.info