Zelenski: Bu PDM-lər Ukraynada istehsal olunacaq

Zelenski: Bu PDM-lər Ukraynada istehsal olunacaq
Dünya 19 Avqust 2023 17:57

İsveçin CV90 piyada döyüş maşınları (PDM) Ukraynada da istehsal olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə İsveçdə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Hazırda sözügedən texnikalardan ön cəbhədə səmərəli istifadə olunur. Biz həmçinin CV90-ları Ukraynada istehsal etməyi planlaşdırırıq”.