Ukraynanın qələbəsi bunun üçün imkan yarada bilər

Ukraynanın qələbəsi bunun üçün imkan yarada bilər
Dünya 19 Avqust 2023 11:22

Ukraynanın Rusiya ilə müharibədə qələbəsindən sonra Dnestryanı münaqişənin həlli üçün geosiyasi imkan yarana bilər.

Sitat.info xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.

“Biz Dnestryanı münaqişənin həllində maraqlıyıq və bir daha təkrar edirəm ki, bizim gördüyümüz həll yolları yalnız dinc xarakter daşıyır. Ola bilsin ki, Ukrayna bu müharibədə qalib gələndə və öz ərazilərini geri alanda bizə münaqişəni sülh yolu ilə həll etməyə imkan verəcək geosiyasi imkan yaranacaq”, - Sandu bildirib./Axar.az