Qazaxıstanda ağır qəza: 9 nəfər öldü - Video

Qazaxıstanda ağır qəza: 9 nəfər öldü - Video
Dünya 19 Avqust 2023 10:15

Qazaxıstanın Karaqanda vilayətində “Toyota Kəmri 70” mikroavtobusla toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə Qazasıxtan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza zamanı 9 nəfər həyatını itirib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.