Argentinada sel: 180 nəfər təxliyə edilib

Argentinada sel: 180 nəfər təxliyə edilib
Dünya 18 Avqust 2023 20:49

Argentinanın paytaxtı Buenos-Ayresdə leysan yağışlar səbəbindən sel baş verib. 180 nəfər evlərindən təxliyə edilib.

Sitat.info xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə güclü tufan və dolu müşahidə olunub. Rəsmilərin açıqlamalarına görə, bir ay ərzində düşəcəyi gözlənilən yağıntının bir gündə düşməsi paytaxtın şərq bölgələrində selə səbəb olub.

Seymur Bənnayev

Sitat.info