Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçirildi

Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçirildi
Dünya 18 Avqust 2023 16:27

Avqustun 17-si axşam saatlarında İranın Ər-Riyaddakı səfirliyinin açılış mərasimi olub.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

7 illik fasilədən sonra baş tutan açılış mərasimində Səudiyyə Ərəbistanında səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iştirak edib.