Pakistanın yeni XİN rəhbəri bəlli oldu

Pakistanın yeni XİN rəhbəri bəlli oldu
Dünya 17 Avqust 2023 19:58

Pakistanın ABŞ-dakı keçmiş səfiri Cəlil Abbas Cilani ölkənin müvəqqəti xarici işlər naziri təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan Dövlət Bankının keçmiş rəhbəri Şəmşad Axtar müvəqqəti maliyyə və gəlirlər naziri təyin olunub.