Ukrayna: Ordumuz 2 rus helikopterini vurub

Ukrayna: Ordumuz 2 rus helikopterini vurub
Dünya 17 Avqust 2023 19:03

Ukrayna Silahlı Qüvvələrinin bu gün Rusiyanın 2 "Ka-52" helikopterini vurduğu açıqlanıb.

Sitat.info xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Mikola Oleşçuk sosial media hesabından verdiyi açıqlamada, Ukrayna ordusunun Baxmut istiqamətində Rusiyanın "Ka-52, helikopterini vurduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Dövlət Rabitə Mərkəzinin (StratCom) verdiyi açıqlamada Zaporojye vilayətində “Robotine” yaxınlığında Rusiyaya məxsus "Ka-52" helikopterinin vurulduğu açıqlanıb.

Seymur Bənnayev 

Sitat.info