Malayziyada təyyarə yola çırpıldı - Video

Malayziyada təyyarə yola çırpıldı - Video
Dünya 17 Avqust 2023 17:00

Malaziyada yüngülmotorlu təyyarə magistral yola çırpılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Malay Meyl” məlumat yayıb.

Ölkənin Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə Lanqkavi beynəlxalq aeroportundan qalxıb və Şal Alam şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində ən azı 10 nəfərin öldüyü bildirilir.