Ukraynada taxıl siloslarına hücum

Ukraynada taxıl siloslarına hücum
Dünya 16 Avqust 2023 22:09

Rusiyanın Ukraynanın Dunay sahilindəki Reni liman şəhərindəki taxıl siloslarına pilotsuz təyyarələrlə hücum etdiyi öyrənilib.

Sitat.info xəbər verir ki, Rusiya Taxıl Müqaviləsindən çıxdıqdan sonra Ukraynaya pilotsuz uçuş aparatı (PUA) hücumlarını davam etdirir.

Odessa valisi Oleh Kiper bu gün sosial media hesabından verdiyi açıqlamada: "Rus terrorçuları dünən gecə iki dəfə PUA-larla Odessa bölgəsinə hücum edib", - deyərək əsas hədəfin bölgənin cənubundakı liman və taxıl infrastrukturu olduğunu bildirib.

Aytəkin Əliyeva

Sitat.info