Vladimir Roqov 15 il müddətinə həbs edildi

Vladimir Roqov 15 il müddətinə həbs edildi
Dünya 16 Avqust 2023 19:29

Ukrayna məhkəməsi Rusiyanın ictimai xadimi, “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri və Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqovu qiyabi olaraq azadlıqdan məhrum edib.

Sitat.info xəbər verir ki, bu barədə Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsinin administrasiyası məlumat yayıb.

Məlumata görə, Vladimir Roqov Ukrayna hakimiyyətini gözdən salmaq həmçinin, dövlətə xəyanət ittihamı ilə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum olunub.