Çinlə görünməmiş səviyyədə əməkdaşlıq edirik - Xrenin

Çinlə görünməmiş səviyyədə əməkdaşlıq edirik - Xrenin
Dünya 16 Avqust 2023 19:18

Minsk və Pekin hərbi sahədə əməkdaşlığın görünməmiş yüksək səviyyəsinə çatıb.

Sitat.info xəbər verir ki, bu sözləri Belarusun müdafiə naziri Viktor Xrenin Minskdə çinli həmkarı Li Şanfu ilə görüşündə deyib.

“Biz hər cür şəraitə uyğun və hərtərəfli strateji tərəfdaşlığa nail olmuşuq”, - Xrenin bildirib.