Belqorod üzərində Ukrayna PUA-sı vuruldu

Belqorod üzərində Ukrayna PUA-sı vuruldu
Dünya 15 Avqust 2023 19:36

Rusiya havadan müdafiə sistemləri Ukrayna ordusunun pilotsuz uçuş aparatı ilə (PUA) Belqorod üzərində yerli vaxtla saat 17:00 (Bakı vaxtı ilə 18:00) radələrində terror aktı törətmək cəhdinin qarşısını alıb.

 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, dron müəyyən olunaraq məhv edilib. Dağıntı və tələfat yoxdur.