Serbiya 20 min İran PUA-sı sifariş etdi

Serbiya 20 min İran PUA-sı sifariş etdi
Dünya 14 Avqust 2023 19:08

Serbiyanın xarici işlər nazirinin müavini Qoran Aleksiçin başçılıq etdiyi serb diplomatlarından ibarət nümayəndə heyəti Tehrana səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Q.Aleksiç iranlı həmkarı Əli Bagiri ilə görüşüb. Görüş zamanı nümayəndə heyətinin gəliş məqsədinin Tehranla Belqrad arasındakı münasibətlərin yaxşılaşdırılması olduğu bildirilib.

Həmçinin, Tehranla əməkdaşlıq çərçivəsində Serbiya 20 min ədəd “Şahid-136” PUA-sı da sifariş edib.