Ukrayna Krıma 20 dronla hücum etdi

Ukrayna Krıma 20 dronla hücum etdi
Dünya 12 Avqust 2023 09:45

Ukrayna ordusuna məxsus 20 dron Krım yarımadasına hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqramda məlumat yayıb.

Məlumata görə, 20 drondan 14-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib.

Hadisə zamanı tələfat və dağıntı qeydə alınmayıb.