ABŞ 5 vətəndaşını İrandan 6 milyard dollara aldı

ABŞ 5 vətəndaşını İrandan 6 milyard dollara aldı
Dünya 11 Avqust 2023 12:43

ABŞ və İran arasında məhbusların mübadiləsi barədə razılıq əldə olunub.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uatson açıqlama verib.

Bildirilib ki, razılıq ABŞ-dakı bir neçə iranlı məhbusun azad edilməsi və Tehranın dondurulan 6 milyard dollarlıq aktivlərinin geri qaytarılması qarşılığında baş tutub.

Razılaşma çərçivəsində İranda saxlanılan 5 İran əsilli amerikalının ev dustaqlığına buraxıldığı bildirilir.

Məlumat İranın dövlət xəbər agentliyi İRNA tərəfindən də təsdiqlənib. Həmçinin, dondurulmuş vəsaitin geri qaytarılması ilə bağlı ABŞ-ın öhdəliklərinə əməl etməsi üçün lazımi zəmanət alındığı bildirilib.