Rusiyanın “Yandex” internet şirkətinin qurucusu Arkadi Voloj Ukraynadakı müharibənin əleyhinə olduğunu bəyan edib.
Sitat.info xəbər verir ki, Rusiyanın “Yandex” internet şirkətinin təsisçisi Arkadi Voloj Rusiya mediasına göndərdiyi açıqlamada “müəyyən səbəblərdən” indiyə qədər susduğunu bildirib.
Açıqlamasının vaxtının tənqid oluna biləcəyini, amma önəmli olanın məzmun olduğunu vurğulayan Voloj deyib: "Mən bu savaşın əleyhinəyəm. Mövqeyimi aydınlaşdırmaq istəyirəm".
Qohumlarının və dostlarının Ukraynada yaşadığını bildirən Voloj: “2014-cü ildən Rusiyada yaşamasam da, ölkənin hərəkətlərində mənim də payım olduğunu anlayıram”.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaya məruz qalan Voloj 2022-ci ilin dekabrında Yandex-dən ayrılacağını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info