Havayda meşə yanğınlarında 36 nəfər ölüb

Havayda meşə yanğınlarında 36 nəfər ölüb
Dünya 10 Avqust 2023 13:28

ABŞ-ın Havay adalarının Maui adasının meşə sahəsində baş verən yanğınlar nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb və bir çox mülkə ziyan dəyib.

Sitat.info xəbər verir ki, Havay adalarının Maui adasında üç böyük yanğın davam edir.

Yerli mətbuata açıqlama verən rəsmilər, yanğınlar nəticəsində 36 nəfərin həyatını itirdiyini və xəstəxanaların yanğından zərər çəkənlərlə "dolu" olduğunu bildirib.

Yanğınların mübarizə davam etdirilir.

Seymur Bənnayev

Sitat.info

​​​​​​