Ekvadorda prezidentliyə namizəd güllələndi - Anbaan video

Ekvadorda prezidentliyə namizəd güllələndi - Anbaan video
Dünya 10 Avqust 2023 10:41

Ekvadorun paytaxtı Kitoda ölkə prezidentliyinə namizəd Fernando Vilyavisensio seçkiqabağı mitinq zamanı güllələnib.

Sitat.info xəbər verir ki, bu barədə Ekvadorun “El Universo” qəzeti məlumat yayıb.

Məlumatı onun dostu, seçki kampaniyasının məsləhətçisi Karlos Figeroa da təsdiqləyib. Onun sözlərinə görə, Vilyavisensio başına açılan 3 atəş nəticəsində öldürülüb.