Şəhidin cəsədi 31 ildən sonra tapılıb? - Rəsmi

Şəhidin cəsədi 31 ildən sonra tapılıb? - Rəsmi
Gündəm 08 Avqust 2023 15:08

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapıldığına dair məlumatlar yayılıb.

Sitat.info xəbər verir ki, Baş Prokurorluqan Trend-ə sözügedən məlumatın yalan olduğu bildirilib.

Qeyd edək ki, yayılan məlumatlarda Rəhman Həsənovun cəsədinin 1992-ci ildə şəhid olduğu Laçının Suarası kəndində aşkarlandığı bildirilirdi.