ABŞ 3 min nəfərlik desant qrupunu Yaxın Şərqə göndərdi

ABŞ 3 min nəfərlik desant qrupunu Yaxın Şərqə göndərdi
Dünya 07 Avqust 2023 17:43

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisindən ibarət desant qrupu Yaxın Şərqə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Donanmasının mərkəzi komandanlığından məlumat verilib.

“ABŞ-ın “Bataan” amfibiya-desant qrupu və 26-cı ekspedisiya dəstəsinin 3 min dənizçi və dəniz piyadası avqustun 6-da Yaxın Şərqə gəlib”, - məlumatda qeyd olunub.

Məlumata görə, “USS Bataan” universal desant gəmisi və “USS Carter Hall” desant gəmisi Aralıq dənizindən keçərək Süveyş kanalı vasitəsilə Qırmızı dənizə daxil olub.