Ərdoğan Macarıstana səfər edəcək

Ərdoğan Macarıstana səfər edəcək
Dünya 07 Avqust 2023 16:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun sonunda Macarıstana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə CNN Türk telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 20-də Macarıstana rəsmi səfəri gözlənilir”, - telekanal bildirib.

Qeyd edilib ki, Türkiyə dövlət başçısı Macarıstanın Baş naziri Viktor Orbanla təkbətək və geniş tərkibdə görüş keçirəcək.