Tramp məhkəmə qarşısına çıxacaq

Tramp məhkəmə qarşısına çıxacaq
Dünya 03 Avqust 2023 21:11

ABŞ-da 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan "Konqresdə 6 Yanvar basqını" araşdırmaları çərçivəsində ittiham olunan keçmiş ABŞ prezidenti Donald Tramp Vaşinqtonda federal məhkəmədə hakim qarşısına çıxacaq. 

Sitat.indo xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da hücumların baş verdiyi Konqres binasının bilavasitə yaxınlığında yerləşən Elijah Barrett Prettyman məhkəməsində məhkəmə qarşısına çıxacaq.

Trampın ona qarşı irəli sürülən ittihamları rədd edəcəyi gözlənilir.

Seymur Bənnayev

Sitat.info