İsveçdə yeni təxribat! “ Bütün dinlər məhv edilməlidir” dedi, Quranı yandırdı

İsveçdə yeni təxribat! “ Bütün dinlər məhv edilməlidir” dedi, Quranı yandırdı
Dünya 03 Avqust 2023 18:38

İsveçin paytaxtı Stokholmda yenidən Qurani-Kərimə hücum edilib.

Sitat.info xəbər verir ki, İsveçin Stokholmun Bromma rayonundakı Angbybadet çimərliyində 47 yaşlı İran əsilli Bayrami Mərcan polisin himayəsi altında Qurani-Kərimin yandırılması ilə bütün dinlərin məhv edilməsinin lazım olduğunu müdafiə edib.

Mərcan manqalda Quran yandırarkən, polis ərazidə təhlükəsizlik tədbirləri görüb.

Seymur Bənnayev

Sitat.info