Rusiyadan açıqlama: 6 PUA ilə hücum cəhdinin qarşısı alınıb
Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvanın qərbindəki Kaluqa bölgəsi üzərində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Nazirlikdən Ukraynanın 6 PUA ilə hücum cəhdi ilə bağlı verilən açıqlamada: "Kiyev rejiminin bu gecə Kaluqa bölgəsində PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - deyilir.
Rusiya hava hücumundan müdafiə sistemlərinin 6 PUA-nın hamısını məhv etdiyi barədə məlumatların paylaşıldığı açıqlamada qarşısı alınan hücum nəticəsində can itkisi və ya tələfatın olmadığı bildirilib.
Seymur Bənnayev
Sitat.info